Suriyada vəziyyət dəyişdi: Əsəd tərəfdarları Afrinə girdi

© REUTERS / Khalil AshawiАфрин, фото из архива
Африн, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədə xəbərdarlıq edərək PYD-yə yardımı kəsməyi tələb etmişdi, əks halda ağır nəticələrin olacağını söyləmişdi

BAKI, 22 fevral — Sputnik. Suriyanın dövlət xəbər agentliyi olan "SANA" rejimə bağlı silahlı qrupların yenidən Afrin şəhərinə girdiyini açıqlayıb. Məlumatda bildirilir ki, silahlı dəstələr Afrinə Türkiyəyə qarşı vuruşan PYD-yə dəstək vermək, həmçinin bölgə əhalisini qorumaq üçün gəlib.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, yayılan informasiya ilə bağlı açıqlama verən Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib ki, PYD-yə kim yardıma gəlirsə, gəlsin Afrin əməliyyatı sona qədər davam edəcək.

"Terrorçulara dəstək olmaq üçün Afrinə kimlərin gəlməsindən asılı olmayaraq, ordumuzun "Zeytun budağı" adlı əməliyyatı nəticə əldə olunana qədər davam edəcək. O bölgə terrorçulardan tam təmizlənəcək", — Kalın qeyd edib.

İki gün əvvəl də Bəşər Əsədə yaxın silahlı dəstələr Afrinə girməyə çalışmış, lakin türk ordusunun bombardmanından sonra geri çəkilməyə məcbur qalmışdı.

Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədə xəbərdarlıq edərək PYD-yə yardımı kəsməyi, əks halda ağır nəticələrin olacağını söyləmişdi.

Xəbər lenti
0