04:03 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
50 0 0

Oxşar proses 2011-ci ildə də yaşanmış, büdcə artıq gəldiyi üçün hökumət əhaliyə 100-800 dollar arası birdəfəlik mükafat paylamışdı

BAKI, 20 fevral — Sputnik. Dövlət büdcəsi nəzərdə tutulandan artıq çıxan Sinqapurda, hökumət əhaliyə 100-300 dollar arası pul paylayacaq. Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, vətəndaşlar üçün nəzərdə tutulan birdəfəlik mükafatlar 21 yaş və üzəri təbəqəyə paylanacaq.

Məlumata görə, büdcə artığının məbləği 9.6 milyard dollardır. Beləliklə, illik gəliri 28 min dollara qədər olan vətəndaşlar 300, 28-100 min dollar arası qazancı olanlar 200, illik gəliri 100 min dolları keçənlər isə 100 dollar mükafat alacaq.

Mövzu ilə bağlı açıqlama verən Sinqapurun maliyyə naziri Henq Sui deyib ki, ölkəmiz inkişaf etdikcə, əhalimizə bunun meyvələrini daddıracağıq.

Xatırladaq ki, Sinqapurda oxşar proses 2011-ci ildə də yaşanmış, büdcə artıq gəldiyi üçün hökumət əhaliyə 100-800 dollar arası birdəfəlik mükafat paylamışdı.

Əsas mövzular