10:45 23 Fevral 2018
Canlı yayım
Sənədin imzalanması

CAR prezidenti ondan gözlənilən addımı atdı

© Sputnik / Murad Orujov
DÜNYA
Qısa URL
4620

Cənubi Afrika Respublikasının prezidenti istefa verib

BAKI, 15 fevral — Sputnik. Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma istefa verib.

APA-nın verdiyi xəbərə görə, bu  barədə C.Zuma televiziya ilə xalqa müraciətində bildirib.

“Heç bir ittihamla razı deyiləm. Lakin nizam-intizamlı üzv kimi partiyanın qərarına tabe oluram”, — Zuma bildirib.

CAR-da dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Siril Ramafos icra edəcək.

Qeyd edək ki, fevralın 12-də Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyası ölkə prezidenti Ceykob Zumaya postunu tərk etmək üçün 48 saat vaxt vermişdi. Müxalifət 2014-cü ildən etibarən C.Zumanı dövlət büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə günahlandırır.

Əsas mövzular