"Atamın var-dövlətində gözüm yoxdur"

© Photo : Instagram / jenniferkgatesCennifer Qeyts
Cennifer Qeyts - Sputnik Azərbaycan
Abunə olmaq
Cennifer Qeyts: "Naillə mən ailəmizi özümüz dolandıracağıq"

BAKI, 19 yanvar — Sputnik. Dünyanın ən varlı adamlarından biri, "Microsoft" şirkətinin qurucusu Bill Qeytsin qızı Cennifer Qeyts misirli İT mütəxəssisi Nail Nəssarla nişanlanıb. O, bu barədə özünün "Facebook" hesabında şəkilli statuslar paylaşıb.

Ailənin böyük qızı olan 21 yaşlı Cennifer Stenford Universitetində oxuyur və atçılıq idmanı ilə məşğuldur. Dediyinə görə, heç vaxt hər hansı işdə atasının adından istifadə etməyib və bu fikirdə də deyil.

"Atamın var-dövlətində gözüm yoxdur. Naillə mən ailəmizi özümüz dolandıracağıq" — Cennifer yazıb.

Sputnik Azərbaycan "Daily Mail"ə istinadən xəbər verir ki, Bill və Melinda Qeytslərin 3 övladı var. Onların varidatlarının 99,8 faizi yaratdıqları xeyriyyə fonduna köçürüldüyü üçün, övladlarına miras qismində çox da sərvət çatmayacaq.

Övladlar — Cennifer, Rori və Fibi atalarının bu qərarı ilə qürur duyduqlarını bildiriblər.

Xəbər lenti
0