20:47 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
798 0 0

İkinci yerdə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (93,3 milyard dollar), üçüncü pillədə isə sərmayəçi Uorren Baffet isə 87,2 mlrd. qərarlaşıb

BAKI, 10 yanvar — Sputnik. Nüfuzlu “Bloomberg” nəşri dünyanın ən zəngin adamlarının yeni reytinqini açıqlayıb. APA-nın verdiyi xəbərə görə, ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti 2018-ci ilin əvvəlinə 105,1 milyard dollar təşkil edir. O, həmçinin “Blue Origin” özəl aerokosmik agentliyi və “The Washington Post” nəşriyyat evinin sahibidir.

Qeyd edək ki, yanvarın 9-na olan məlumata görə, “Amazon.com”un bir səhminin dəyəri 1246 dollar təşkil edib. Şirkətin 79 mln. səhmi Ceff Bezosa məxsusdur.

İkinci yerdə “Microsoft” şirkətinin rəhbəri Bill Geyts (93,3 milyard dollar), üçüncü pillədə isə sərmayəçi Uorren Baffet (87,2 mlrd.) qərarlaşıb.

Dünyanın ən zəngin dördüncü adamı “Facebook”un yaradıcısı Mark Tsukerberq (77,5 mlrd. dollar) hesab edilib.

Beşliyi 76 mlrd. dollar sərvətə malik olan “Zara” brendinin sahibi Amansio Orteqa tamamlayır.   

Əlaqədar

Ən zəngin ailələrin siyahısı açıqlandı
27 milyard dollarını xeyriyyəyə yönəldən zəngin
"İnkişaf etmiş ölkələrin heç biri neft və qazla zəngin deyil"
Dünyanın üç ən zəngin musiqiçisi
İlham Əliyev: Zəngin qaz resursları bizi ən azı 100 il təmin edəcək

Əsas mövzular