00:13 15 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
83 0 0

Uinklvosslar bitkoinlərdən 1 kriptovalyutanın qiyməti 450 min dollar olanda xilas olmaq niyyətindədirlər

BAKI, 20 dekabr — Sputnik. Milyard dollardan artıq bitkoinin sahibi olan Tayler və Kemeron Uinklvoss qardaşları bəyan ediblər ki, bu yaxınlarda qiymətlərin kəskin yüksəlişinə baxmayaraq, onlar kripto-valyuta ehtiyatlarından xilas olmağa çalışmırlar.

Sputnik Azərbaycan-ın “Nyu-York Times”-a istinadla verdiyi xəbərə görə, milyarderlər qeyd ediblər ki, bitkoinlərin satışı məsələsinə yalnız kriptovalyutanın ümumi kapitallaşması dünyadakı bütün qızılın dəyərini əhatə edəndə, yəni 8 trilyon dollara çatanda baxacaqlar.

Bitkoin
© Sputnik / Maksim Blinov

Hazırda bütün bitkoinlərin dəyəri 300 milyard dollar təşkil edir.

Odur ki, Uinklvosslar bitkoinlərdən 1 kriptovalyutanın qiyməti 450 min dollar olanda xilas olmaq niyyətindədirlər.

Qardaşlar “Nyu-York Times”-a müsahibəsində deyiblər ki, öz bitkoinlərini bir neçə hissəyə bölərək ABŞ-ın müxtəlif banklarındakı hücrələrə yerləşdiriblər. Beləliklə də onlar bitkoinlərin açarlarını mümkün oğurluqdan qoruyurlar.

Tayler və Kemeron Uinklvoss qardaşları 2008-ci ildə “Facebook” ideyasına görə Mark Zukerberqdən 65 milyon dollar tələb ediblər. Nəticədə onlar bu pulların bir hissəsinə bitkoin alıblar. Həmin vaxt virtual valyuta 10 dollar idi.

Kemeron Uinklvoss bildirib ki, onlar “Facebook”-un səhmlərindənsə canlı pula üstünlük veriblər. Buna görə hüquqşünaslar onları "dəli" adlandırıblar.

Dekabrın 6-da kriptovalyuta ilk dəfə sıçrayış edərək pik qiymətə çatıb: 1 bitkoin 19 min dollar. İki gün əvvəl verilən məlumata görə, kriptovalyuta bazarındakı kapitalın ümumi dəyəri 500 milyard dollara çatıb.

Əlaqədar

Yəhudi əsilli milyarder ölü tapıldı
Mərkəzi Bank azərbaycanlı milyarderin sərvətini müsadirə edir
Qafqazlı milyarderdən 5 milyon avro girov tələb olunur
Azərbaycanlı milyarderin cinayət işində yeni məqam
Azərbaycanlı milyarderlər qarşı-qarşıya: ortada ağır ittihamlar var
Azərbaycanda milyarderin şirkəti ləğv olundu
Teqlər:
Tayler və Kemeron Uinklvoss, bitkoin, şərt, milyarder

Əsas mövzular