ABŞ-da ağır qəza: qatar maşınların üstünə aşdı – VİDEO

© Photo : Twitter / Trooper Brooke BovaABŞ-da ağır qəza
ABŞ-da ağır qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində xeyli sayda ölən və yaralanan var

BAKI, 18 dekabr — Sputnik. ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərinin yaxınlığında ağır qatar qəzası baş verib. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, qatar relsdən çıxaraq yola düşüb.

Telekanalın məlumatına görə, hadisə yerli vaxtla saat 07:30-da (Bakı vaxtı ilə 19:30-da) Portlend və Sietl şəhərləri arasında olub. Hadisə zamanı qatar saatda 130 kilometr sürətlə hərəkət edirmiş. Düşən vaqonlar bir neçə avtomobili əzib. Qatarda ən azı 75 nəfər olub. Bir neçə vaqon hələ də havadan asılı vəziyyətdədir.

​Həkimlər bir neçə nəfərin öldüyünü bildirsələr də, dəqiq say açıqlanmır. Ən azı 77 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan bir neçə nəfəri ağır vəziyyətdədir.

Xəbər lenti
0