07:17 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
335 0 0

Öskürəyi "kəsmək" deyil, onu yumşaltmaq, bəlğəmin çıxmasını asanlaşdırmaq lazımdır

BAKI, 11 dekabr — Sputnik. Soyuq fəsillərdə soyuqdəymə xəstəlikləri artır. Bu xəstəliklərin simptomlarından biri öskürəkdir.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, LOR həkimlərinin belə bir deyimi var: öskürək soyuqdəymə zamanı ən birinci meydana gələn və ən axırıncı aradan qalxan simptomdur.

Əslində öskürək orqanizmin qoruyucu mexanizmidir. Öskürək orqanizmi ziyanlı maddələr, toksinlər və simptomlardan azad edir. Bu səbəbdən öskürəyi "kəsmək" deyil, onu yumşaltmaq, bəlğəmin çıxmasını asanlaşdırmaq lazımdır. Bu işdə bizə təbabət yaxşı kömək edə bilər.

Bəzi otlar var ki, bu otlar öskürək zamanı bəlğəmgətirici təsir edir, nəfəs yollarını təmizləyir.

Bu otlar aşağıdakılardır:

 

  1. Evkalipt
  2. Biyan kökü
  3. Adaçayı
  4. Kəklikotu
  5. Mərzə (oreqano)

 

Bu otlarla inhalyasiya etmək çox yaxşıdır. Bunun üçün 1 x.q. ot 1 stəkan qaynar suda dəmlənilir, enli qaba tökülür. Həmin suyun buxarında nəfəs almaq lazımdır. Həmçinin bu otları dəmləyib (1 x.q. ot + 1 stəkan su) içmək də olar. Gündə 3 dəfə, çay stəkanın 1/3 hissəsi qədər.

Əlaqədar

Sağlamlıq üçün qaçırdı, amma öldü
Dəmir yolunda "Sağlamlıq günü"
Naftalan, Qalaaltı, Duzdağ... Sağlamlıq turizmi niyə inkişaf etmir?
İbn Sinanın sağlamlıq qaydaları hələ də aktualdır
Sağlamlıq axtara-axtara ölüm tapanlar...
Teqlər:
Mərzə, Adaçayı, Biyan kökü, ot, öskürək, kəklikotu, evkalipt

Əsas mövzular