“Müller” də öldü... – Video

© Sputnik / Mediabanka keçidLeonid Bronevoy
Leonid Bronevoy - Sputnik Azərbaycan
Abunə olmaq
Onun “Ştirlis, sizdən isə qalmağı xahiş edirəm” ifadəsi və məşhur monoloqu kinodakı ən məşhur ifadələr sırasında yer alıb

BAKI, 9 dekabr — Sputnik. Bu gün səhər məşhur sovet və rus kino-teatr aktyoru Leonid Bronevoy vəfat edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Bronevoy 89 yaşında dünyasını dəyişib.

Leonid Bronevoy onlarla filmdə, o cümlədən “Pokrov qapıları”, “Həmin o Münhauzen” kimi filmlərdə çəkilib. Amma geniş tamaşaçı kütləsi Bronevoyu daha çox “Baharın on yeddi anı” telefilmindəki Müller rolu ilə tanıyıb və sevib. Onun “Ştirlis, sizdən isə qalmağı xahiş edirəm” ifadəsi və məşhur monoloqu kinodakı ən məşhur ifadələr sırasında yer alıb.

Xəbər lenti
0