15:05 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
256 0 0

Amerika şirkətləri üçün vergini 35 faizdən 20 faizə endirəcək layihənin Senatdan keçməsi ABŞ prezidenti Donald Tramp və Respublikaçılar Partiyasının builki ən mühüm uğuru kimi qiymətləndirilib

BAKI, 2 dekabr — Sputnik. ABŞ Senatı ölkənin vergi sistemində son 30 ilin ən iri dəyişikliklərini nəzərdə tutan 1,5 trilyon dollarlıq vergi layihəsini az fərqlə təsdiq edib.

Sputnik Azərbaycan "Bloomberg"ə istinadla xəbər verir ki, respublikaçı senatorların mübahisəli vergi layihəsi 51 səslə qəbul edilib.

Amerika şirkətləri üçün vergini 35 faizdən 20 faizə endirəcək layihənin Senatdan keçməsi ABŞ prezidenti Donald Tramp və Respublikaçılar Partiyasının builki ən mühüm uğuru kimi qiymətləndirilib.

Demokrat senatorlar 1,5 trilyon dollarlıq vergi layihəsini təhlil etmək üçün səsvermənin bazar ertəsinə təxirə salınmasını təklif edib, ancaq Respublikaçılar bu təklifi yekdilliklə rədd edib. Demokratların dəyişiklik təklifləri də Respublikaçılar tərəfindən əngəllənib.

Layihə Konqresdə qəbul edilərsə, Tramp sənədi imzalayacaq.

Son 30 ilin ən böyük vergi güzəştlərini əks etdirən vergi layihəsinin il bitmədən masasında olmasını istəyən Tramp deyib ki, Amerika miqyasında çalışqan ailələrə böyük vergi güzəştləri təmin etməyə bir addım da yaxınlaşdıq.

Əsas mövzular