17:41 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
DÜNYA
Qısa URL
1377 0 0

Dəstənin dörd üzvü tutulub və işgəncə edilərək fahişəliyə məcbur edilən 3 qadın xilas olunub

BAKI, 29 noyabr — Sputnik. Türkiyədə evlilik proqramında tanış olduğu şəxslər tərəfindən fahişəliyə məcbur edilən gənc qadın polisə müraciət edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, gənc qadın P.M. polisə müraciət edərək fahişəliyə məcbur edildiyini bildirib.

O, qeyd edib ki, telekanalların birində evlilik proqramına çıxdıqdan sonra tanış olduğu insanlarla müxtəlif əyləncə mərkəzlərinə gedib. Tanış olduğu həmin adamlar əvvəlcə onun içkisinə dərman ataraq eyri-etik şəkillərini çəkiblər. Sonra həmin şəkillərlə onu şantaj etməyə başlayıblar. Şantaj edilən qadın fahişəlik etməyəcəyi təqdirdə dəstə üzvlərinin işgəncələrinə məruz qaldığını da bildirib.

Polis hadisə ilə bağlı əməliyyat keçirib. Dəstənin dörd üzvü tutulub və işgəncə edilərək fahişəliyə məcbur edilən 3 qadın xilas olunub.

Əlaqədar

Çoxunuzun hər gün izlədiyi evlilik proqramı ilə bağlı şok fakt üzə çıxdı
Dünyada analoqu olmayan evlilik təklifi
Evlilik proqramları ilə bağlı sərt qərar verildi
Evlilik yarışmasında mübarizə aparan xanımlar hər kəsi şoka saldılar
Teqlər:
qadın, polis, Türkiyə, fahişəlik, evlilik proqramı

Əsas mövzular