05:03 16 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Президент РФ Владимир Путин и президент США Дональд Трамп в перерыве рабочего заседания лидеров экономик форума Азиатско-Тихоокеанского экономического сотрудничества (АТЭС)

MKİ-nin sabiq rəhbəri: “Tramp Putindən qorxur”

© Sputnik / Mikhail Klimentyev
DÜNYA
Qısa URL
371 0 0

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Con Brennan Donald Trampın Vladimir Putindən qorxduğunu bəyan edib

BAKI, 13 noyabr — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Con Brennan Donald Trampın Vladimir Putindən qorxduğunu bəyan edib

Sputnik Azərbaycan-ın CNN-ə istinadən məlumatına görə, şənbə günü Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatının Vyetnamda keçirilən sammitində Rusiya lideri ilə görüşdən sonra Tramp deyib ki, "Rusiyanın müdaxiləsi" barədə ehtimallar Putini təhqir edir. Bu isə Birləşmiş Ştatlar üçün heç də yaxşı deyil. O, həmçinin "Moskvanın müdaxiləsi" ilə bağlı iddiaların iki ölkənin münasibətləri arasına sədd çəkdiyini deyib.

"Putin Trampı pərişan etməklə çox ağıllı oyun oynayıb. Mən düşünürəm ki, Tramp hansısa səbəbdən Putindən çəkinir və qorxur ki, axırda nəticələr "seçkilərə müdaxilə" işi üzrə araşdırmalara aparıb çıxarsın" – deyə Brennan CNN telekanalına müsahibəsində Trampın çıxışını şərh edərkən deyib.

MKİ-nin sabiq şefinin fikrincə, Tramp "Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi" məsələsinin üstündən keçməyə cəhd göstərməklə, əslində araşdırma nəticəsində özünün Moskva ilə əlaqələrinin üzə çıxacağından qorxur.

Moskvanın ABŞ-dakı seçkilərə müdaxiləsinin araşdırılması, həmçinin Rusiyanın Trampla mümkün əlaqəsi barədə ehtimallar Federal Təhqiqatlar Bürosu və Konqres tərəfindən davam etdirilir. Kremldə isə bu ittihamları "tamamilə əsassız" adlandırırlar.

Əlaqədar

Etirazçılar "Trampı" yandırdılar
Trampla Putindən birgə Suriya bəyanatı
Trampdan qalmaqallı açıqlama: "Bizi sınağa çəkməyin"
Trampa "pis işarə" göstərən qadın işdən qovuldu - Foto
Trampdan müharibə iyi verən "işgüzar" məsləhət
Teqlər:
Konqres, Federal Təhqiqatlar Bürosu, Rusiyanın müdaxiləsi, Vyetnam, Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatı, Vladimir Putin, Donald Tramp, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi

Əsas mövzular