06:27 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
398 0 0

Türkiyə PYD/YPG-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab edir

BAKI, 3 noyabr — Sputnik. Rusiyanın Soçidəki "Suriya" danışıqlarına PYD/YPG təmsilçilərini dəvət etməsinə Türkiyənin sərt reaksiyası nəticəsini verib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, Kreml Suriyadakı tərəflərə göndəriləcək dəvətnamə məktubunu yenidən hazırlayacağını bəyan edib.

Qeyd edək ki, 18 noyabrda Rusiyanın Soçi şəhərində Suriya rejimi və müxalifət təmsilçiləri arasında danışıqlar keçiriləcək. 2 gün əvvəl görüşlə bağlı açıqlama verən Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova deyib ki, danışıqlara PYD/YPG də dəvət edilib.

Məsələyə Ankaranın reaksiyası sərt olub. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın, Moskvadan edilən dəvətin qəbuledilməz olduğunu bildirib. "Bunu heç cürə qəbul edə bilmərik" — Kalın deyib.

Qeyd edək ki, Türkiyə PYD/YPG-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab edir. Həmçinin suriyalı müxaliflər də PYD/YPG-nin Soçidəki görüşə dəvət edilməsini istəməyib.

Əlaqədar

İsraildən açıqlama: "Biz PKK-nı terrorçu olaraq görürük, amma..."
İrandan Türkiyəyə sürpriz "PKK" təklifi
PKK-dan Amerikaya çağırış: türkləri durdurun
Suriyanın bölüşdürülməsi planı razılaşdırıldı, pay bölgüsündə PKK da var
"PKK-çıları döyün" əmrini Ərdoğan özü verib
Teqlər:
PYD/YPG, Soçi, Ankara, Rusiya

Əsas mövzular