05:43 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
900 0 0

Türkiyə prezidenti, Suriyanın İdlib vilayətində apardıqları hərbi əməliyyatdan sonra növbədə PYD-nin nəzarətində olan Afrin qəsəbəsinin durduğunu da söyləyib

BAKI, 24 oktyabr — Sputnik. "Amerika Birləşmiş Ştatları PKK terrorçularına 3500 TIR-dan çox silah göndərib”. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısındakı çıxışı zamanı deyib.

“Türkiyə terror qruplaşmaları ilə mübarizəni gücləndirir. Bəziləri bundan narahat olur və bizə təzyiqlər edir. Bizimlə müttəfiq olduğunu deyən Amerika, PKK terror təşkilatının Suriyadakı törəməsi olan PYD və YPG ilə Rakkanın İŞİD-dən təmizlənməsi əməliyyatını aparır. Deyirlər ki, onlar PKK deyil. Bəs Raqqada PYD döyüşçülərinin PKK lideri Abdullah Öcalan portreti açmasına nə deyirsiz? Biz olanları və reallıqları danışırıq. Bölgəyə 3500 TIR-dan çox silah daşınıb. Bunların harada, necə qablaşdırıldığını bilirik. Siz də bunu yaxşı bilin" — Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti, Suriyanın İdlib vilayətində apardıqları hərbi əməliyyatdan sonra növbədə PYD-nin nəzarətində olan Afrin qəsəbəsinin durduğunu da söyləyib:

"İdlibdə əməliyyat böyük ölçüdə uğurla tamamlandı. Növbədə Afrin vilayətidir. Əvvəl də dedik, indi də deyirik. Bir gecə qəflətən gələ bilərik. Nə qədər ciddi olduğumuzu çox yaxşı bilirlər".

Əlaqədar

Ərdoğan ən yaxın adamlarından birinin istefasına belə reaksiya verdi
Ərdoğan-Əliyev dialoqu gülüşməyə səbəb oldu - VİDEO
Ərdoğan əzəli rəqibinin sağ qalması üçün görün nə etdi
Ərdoğan: "S-400"lə iş bitmir"
Ağ Evin "Ərdoğan hiddəti" püskürdü: Bu silah indiyədək istifadə olunmamışdı
Teqlər:
PYD, PKK, Abdullah Öcalan, Rəcəb Tayyib Ərdoğan, Suriya, Türkiyə

Əsas mövzular