Bred Pitt özündən 32 yaş kiçik qızla...

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçid"Брэд" Питт
Брэд Питт - Sputnik Azərbaycan
Abunə olmaq
Məsələ ilə bağlı, Bred Pittin keçmiş həyat yoldaşı, 43 yaşlı aktrisa Ancelina Culia hələlik açıqlama verməyib

BAKI, 21 oktyabr — Sputnik. "Oskar" mükafatlı amerikalı aktyor Bred Pitt haqda yeni iddia ortaya atılıb. Qısa müddət əvvəl tanınmış aktrisa Ancelina Culiadan boşanan Bred Pittin özündən 32 yaş kiçik Ella Purnellə sevgili olduğu deyilir. Sputnik Azərbaycan "Mirror"-a istinadən xəbər verir ki, bu barədə Amerikanın reytinqli maqazin jurnalı "İn Touch" məlumat yayıb.

Qəzetin xəbərinə görə, Pitt 21 yaşlı Purneli "Xanım Pereqrinin qəribə uşaqları" adlı filmdə görüb və anidən aşiq olub. "Pitt onu görər-görməz dərhal qərar verib. İndi cütlük çox romantik əlaqəyə başlamaq üzrədir" — jurnal yazıb.

Ancaq maraqlıdır ki, Ella Purnelin yaxın rəfiqələri sözügedən iddiaların uydurma olduğunu deyiblər.

Məsələ ilə bağlı, Bred Pittin keçmiş həyat yoldaşı, 43 yaşlı aktrisa Ancelina Culia hələlik açıqlama verməyib.

Xəbər lenti
0