Gürcüstanda azərbaycanlı deputatlığa namizəd güllələndi

CC0 / zgmorris13 / pistolМужчина с пистолетом в руке, фото из архива
Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəni törədənlər haqqında məlumat verilmir

BAKI, 20 oktyabr — Sputnik. Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.

“Report” xəbər verir ki, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib.

Yaralanan şəxs “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovdur.

Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.

Məlumata görə, deputatlığa namizədin dostları — Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qayınatası Azad Çobanov da güllə yarası alıblar.

Hadisəni törədənlər haqqında məlumat verilmir.

Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralanan şəxslərdən Ceyhun Çovdarov və Vüqar Bayramovun vəziyyəti orta ağırdır. 

Qızılhacılı kənd sakinləri bildirib ki, C.Çovdarov xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O, kənd yollarının təmir olunmasında, əhalinin içməli su və digər problemlərinin həllində yaxından iştirak edib. 

Gürcüstan DİN faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0