Kərkükə İraq bayrağı sancıldı

© REUTERS / STRİraq əsgərləri Kərkükdə, 16 oktyabr 2017-ci il
İraq əsgərləri Kərkükdə, 16 oktyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Görüntülərdə ABŞ-ın təlim keçdiyi Terrorla Mübarizə Xidməti döyüşçülərinin "Humvee" markalı zirehli texnikalarla şəhərə girdiyi əks olunur

BAKI, 16 oktyabr — Sputnik. İraq federal polisi, Kərkükdə valilik binasını peşmərgədən geri aldığını açıqlayıb. Açıqlamada, kürd döyüşçülərin müqavimət göstərmədən binanı təhvil verdikləri bildirilib.

Sputnik Türkiyə xəbər verir ki, baş nazir Heydər əl-İbadi Kərkük və digər mübahisəli bölgələrdə İraq bayrağının asılması əmrini verib.

​İraq əsgərlərinin Kərkük şəhərinə daxil olma videosu da yayımlanıb. Görüntülərdə ABŞ-ın təlim keçdiyi Terrorla Mübarizə Xidməti döyüşçülərinin "Humvee" markalı zirehli texnikalarla şəhərə girdiyi əks olunur.

Xəbər lenti
0