02:21 18 Oktyabr 2017
Canlı yayım
ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina

FED-in protokolları açıqlandı

© AFP / Karen BLEIER
DÜNYA
Qısa URL
17 0 0

Bir çox FED rəsmiləri inflyasiyanın uzun müddət aşağı olacağından ehtiyat edirlər

BAKI, 12 oktyabr — Sputnik. ABŞ Federal Ehtiyat Sisteminin (FED) valyuta siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC) sentyabr ayında keçirdiyi iclasın protokolları dərc edilib. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, FOMC-nin 19-20 sentyabrdakı toplantısının dərc edilən protokollarına görə, bir çox FED rəsmiləri inflyasiyanın uzun müddət aşağı olacağından ehtiyat edirlər.

Bəzi FED rəsmiləri, inflyasiya yüksələnə qədər faizin artırılmasının təxirə salınmasını təklif ediblər. Amma buna baxmayaraq, FED rəsmilərinin böyük bir hissəsi bu ilin sonunadək daha bir dəfə faiz artırmağın tərəfdarıdır.

İclasda həmçinin, bankın 4,5 trilyon dollarlıq balansının yaxın zamanda azaldılması təsdiq edilib. Protokollara görə, FED rəsmiləri iqtisadiyyatın yaxşı getdiyi barədə razılığa gəliblər.

Əlaqədar

FED-də baş verənlər dolları zəiflədəcək
FED qərarını açıqladı
FED faizi artırdı, dollar isə ucuzlaşdı
FED uçot dərəcəsini artırıb
FED-in martda uçot dərəcəsini qaldırma ehtimalı yüksəlir
Teqlər:
FOMC, ABŞ Federal Ehtiyat Sistemi, faiz, FED, protokol

Əsas mövzular