14:48 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Separatçı referendumlar dalğası (38)
24710

Bərzani deyib ki, Türkiyə ilə sərhəddəki Habur sərhəd məntəqəsi bağlanmayıb və gediş-gəlişlər həmişə olduğu kimi davam edir

BAKI, 25 sentyabr — Sputnik. İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətinin baş naziri Neçirvan Bərzani, bugünkü müstəqillik referendumu ilə bağlı açıqlama verib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən bildirir ki, N.Bərzani referendumu keçirməklərinə baxmayaraq, yeni dövlət qurmayacaqlarını deyib.

"Biz bu gün, yəni 25 sentyabrda referendum keçirirksə, bu o demək deyil ki, sabah dövlət quracağıq. Belə bir şey yoxdur. Əksinə biz demək istəyirik ki, müstəqillik referendumunun Türkiyəyə heç bir təhlükəsi yoxdur. Ümid edirik ki, Ankaradakı rəsmilər bizi anlayır" — baş nazir qeyd edib.

Bərzani həmçinin vurğulayıb ki, Türkiyə ilə sərhəddəki Habur sərhəd məntəqəsi bağlanmayıb və gediş-gəlişlər həmişə olduğu kimi davam edir.

Xatırladaq ki, bu gün səhər bəzi media qurumları Türkiyənin referenduma cavab olaraq, Habur sərhəd keçid məntəqəsini bağladığını açıqlamışdı.

Mövzu:
Separatçı referendumlar dalğası (38)

Əlaqədar

Məsud Bərzani: "Artıq çox gecdir"
Kürdüstan lideri Məsud Bərzani PKK-nı sərt tənqid edib
Türkiyə kürdlərin referendumuna qarşı sözdən əmələ keçdi
Bütün xəbərdarlıqlara rəğmən: referendum rəsmən başladı
Teqlər:
Neçirvan Bərzani, Ankara, Türkiyə

Əsas mövzular