19:00 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
DÜNYA
Qısa URL
577 0 0

Uber-in hazırkı lisenziyası sentyabrın 30-da bitir

BAKI, 23 sentyabr — Sputnik. London rəhbərliyi Uber-in şərnişin daşımaq üçün lisenziyasının vaxtını uzatmamaq qərarına gəlib. Bu barədə yayılmış bəyanatda deyilir.

Şəhər rəhbərliyinin xoşuna gəlməyən şirkətin sərnişinlərin təhlükəsizliyinə yanaşmasıdır. Onların fikrincə, Uber ciddi kriminal pozuntularla və tibbi sertifikatlarla bağlı vəziyyətlərə kifayət qədər məsuliyyətlə yanaşmır. 

London meri Sadiq Xan da Uber-ə qarşı ittihamları dəstəkləyərək hər kəsin qaydalarla oynamalı olduğunu deyib.

Uber-in hazırkı lisenziyası sentyabrın 30-da bitir.

Şirkətin məlumatına görə, Londonda 3,5 milyon sakin Uber-dən istifadə edir və 40 min nəfər bu şirkətə işləyir.

Bloomberg isə ABŞ rəsmilərinin də Uber-ə qarşı istintaqa başladıqlarını yazıb. Şirkət rəqabət qaydalarını pozmaqda ittiham edilir.

Əlaqədar

Taksi şirkətləri də qiymət artımına gedəcək, amma...
Qadın müştərinin qohumları taksi sürücüsünü qanına qəltan ediblər
Bakıda taksi sürücüləri amerikalı turistə kələk gəliblər
Bakıda taksi xidməti ilə bağlı yeni şərtlər açıqlanacaq
Bakıda vahid taksi sistemi necə yaradılacaq?
Teqlər:
taksi fəaliyyəti, Uber, Sadiq Xan, ABŞ, London

Əsas mövzular