13:17 23 Noyabr 2017
Canlı yayım
Türk ordusunun əsgərləri, arxiv şəkli

Türklər 25 minlik ordu ilə bu ölkəyə girəcəklər

© AP Photo/ Lefteris Pitarakis
DÜNYA
Qısa URL
44 0 0

Ordu vilayətin şimalında təhlükəsizliyə cavabdeh olacaq

BAKI, 15 sentyabr — Sputnik. Qazaxıstanın paytaxtı Astanada keçirilən "Suriya zirvəsi"ndə vacib qərarlar qəbul olunub. Sputnik Türkiyə xəbər verir ki, zəmanətçi ölkələr — Rusiya, İran və Türkiyənin birgə qərarına əsasən, İdlib vilayətinin təhlükəsizliyini Türkiyə ordusu təmin edəcək.

Məlumata görə, 25 minlik ordu vilayətin şimalında təhlükəsizliyə cavabdeh olacaq. İdlibin qalan bölgələrini isə Türkiyə, Rusiya və İranın nəzarətində, Bəşər Əsədə bağlı ordu qoruyacaq.

Astanadakı yekun toplantıdan çıxan qərara Vaşinqtondan hələlik hər hansı reaksiya verilməyib.

Qeyd edək ki, ABŞ "əl-Qaidə"ni bəhanə edərək İdlib vilayətinə müdaxilə etmək istəyirdi. Bu isə Suriyada sülh prosesi başladan Rusiya, İran və Türkiyəni ciddi narahat edirdi.

Əlaqədar

Qazaxlar da Suriyaya ordu göndərməyə hazırlaşır
"Türkiyə və İran Suriyanı dərhal tərk etməlidir"
Ruslar Suriyanın bu bölgəsinə də girdilər
Ruslar Suriyadan çıxmaq fikrində deyillər
Suriyada hərbi əməliyyatlar dayandırılır?
"Suriyanın gələcəyində Bəşər Əsədə yer yoxdur"
Teqlər:
sülh prosesi, İdlib vilayəti, Türkiyə ordusu, "Suriya zirvəsi", Astana, Qazaxıstan

Əsas mövzular