BAKI, 15 sentyabr — Sputnik. Qazaxıstanın paytaxtı Astanada keçirilən "Suriya zirvəsi"ndə vacib qərarlar qəbul olunub. Sputnik Türkiyə xəbər verir ki, zəmanətçi ölkələr — Rusiya, İran və Türkiyənin birgə qərarına əsasən, İdlib vilayətinin təhlükəsizliyini Türkiyə ordusu təmin edəcək.
Məlumata görə, 25 minlik ordu vilayətin şimalında təhlükəsizliyə cavabdeh olacaq. İdlibin qalan bölgələrini isə Türkiyə, Rusiya və İranın nəzarətində, Bəşər Əsədə bağlı ordu qoruyacaq.
Astanadakı yekun toplantıdan çıxan qərara Vaşinqtondan hələlik hər hansı reaksiya verilməyib.
Qeyd edək ki, ABŞ "əl-Qaidə"ni bəhanə edərək İdlib vilayətinə müdaxilə etmək istəyirdi. Bu isə Suriyada sülh prosesi başladan Rusiya, İran və Türkiyəni ciddi narahat edirdi.