08:58 17 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Həcc ziyarəti

Səudiyyə Ərəbistanı Həcc ziyarəti barədə önəmli açıqlama yayıb

© AFP 2019 / MOHAMMED AL-SHAIKH
DÜNYA
Qısa URL
558320

Bu il Məkkə şəhərinə 2,35 milyon zəvvar gedib

BAKI, 5 sentyabr — Sputnik. Bu il Həcc ziyarəti üçün Məkkə şəhərinə 2.35 milyon insan gedib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinin yaydığı press-relizdə bildirilir.

1,5 milyondan artıq adam digər ölkələrdən Səudiyyəyə gedib. Azərbaycandan bu il Həccə gedənlərin sayı 900 nəfər olub. 23,5 min nəfər isə Rusiyadan ziyarət məqsədilə Həccə gedib.

Məkkədə 30 mindən çox ixtisaslı mütəxəssisin işlədiyi 15 tibb mərkəzi fəaliyyət göstərib. Həcc zamanı həkimlər 2,6 min nəfər üzərində pulsuz cərrahiyyə əməliyyatı həyata keçiriblər. Demək olar ki, 60 min zəvvara tibbi yardım göstərilib.

2017-ci ildə Həcc ziyarəti əhəmiyyətli insidentlə yadda qalmayıb. Lakin heç də həmişə belə olmur. Əvvəlki iki ildə iri miqyaslı qəzalar nəticəsində 700-dən artıq adam ölüb, 800-dən çox adam isə zədə alıb. İslam qanunlarına görə, Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarlar Səudiyyə Ərəbistanı ərazisində dəfn edirlər.

Həcc və ya Məkkənin ziyarət edilməsi İslamın 5 əsas şərtindən biridir. Həcc ziyarəti 5 gün çəkir. Bu müddət ərzində 7 dəfə Kəbənin ətrafında dolaşmaq, Ərəfat çölündə vaxt keçirmək, sonra Müzdəlifə çölünə köç etmək, 7 dəfə Səfa təpəsindən Mərvə təpəsinə və əksinə getmək, Minada Böyük cəmərəyə — şeytanı simvolizə edən sütunlara 7 daş atmaq və qurban kəsmək vacibdir.

Həcc ziyarətinin qaydaları ciddi şəkildə cədvəldə qeyd olunur. Əgər əsas rituallar yerinə yetirilməsə, ziyarət həqiqi sayılmır. Ziyarəti həyata keçirən şəxslər rəsmən "hacı" tituli qazanırlar.

2017-ci ildə ziyarət vaxtı 30 avqust — 4 sentyabr tarixlərində olub. Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökumətinin tələbi ilə 2014, 2015 və 2016-cı illərdə Həcc ziyarətində olanlar və bu il təkrar getmək istəyənlər 535 dollar vergi ödəməli olublar.

Bu il Azərbaycandan təkrar həccə gedənlərin sayı 70 nəfərdən artıq olub. Ziyarət məbləği 3850 dollar müəyyənləşdirilib.

Əlaqədar

Həcc ziyarətinə gedənlər üçün bəd xəbər
Həccə ziyarətinə sənəd qəbulu başlayıb
Həcc ziyarəti üçün kvota məhdudiyyəti aradan qaldırıldı
Həcc ziyarətindən 30 milyard dollar qazanacaqlar
Həcc ziyarətinin təhlükəsizliyi yəhudilərə həvalə olundu
Teqlər:
Məkkə şəhəri, zəvvar, Həcc ziyarəti, insan

Əsas mövzular