05:18 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Benyamin Netanyahu

"İran İsraili yox etmək istəyir"

© REUTERS / Gali Tibbon
DÜNYA
Qısa URL
196 0 0

Benyamin Netanyahu təhlükə ilə bağlı Amerikadan ciddi dəstək gözlədiklərini də deyib

BAKI, 28 avqust — Sputnik. "İran Suriyadakı vəziyyətdən istifadə edərək İsraili yox etmək istəyir". Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu paytaxt Təl-Əvivdə BMT-nin Baş katibi Antoni Quterreşlə görüşü zamanı deyib.

"İran Livan və Suriyada yüksək dəqiqliyə malik raketlərin istehsalı üçün gizli bazalar tikir. Onların məqsədi İsraili məhv etməkdir" — Netanyahu bildirib.

Baş nazirin sözlərinə görə, İsrail dövləti bu faktla heç vaxt barışmayacaq. Benyamin Netanyahu təhlükə ilə bağlı Amerikadan ciddi dəstək gözlədiklərini də deyib.

Əlaqədar

İsrail İrana xəbərdarlıq etdi
Rusiya İsraili satqın adlandırdı
İsrail əsgərləri müsəlman lideri evində həbs etdi
İsrailin baş naziri Netanyahuya ifadə şoku
İsrail-Ermənistan münasibətlərində müəmma
Teqlər:
BMT, Antoni Quterreş, Təl-Əviv, Benyamin Netanyahu, Suriya, İsrail, İran

Əsas mövzular