15:02 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina

FED-də baş verənlər dolları zəiflədəcək

© AFP 2019 / Karen BLEIER
DÜNYA
Qısa URL
1871 0 0

FED-in Federal Açıq Bazar Komitəsinin iyul ayında keçirdiyi iclasın protokolları dərc edilib

BAKI, 17 avqust — Sputnik. ABŞ Mərkəzi Bankının (FED) pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsinin (FOMC) iyul ayında keçirdiyi iclasın protokolları dərc edilib.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, FOMC-nin 25-26 iyuldakı toplantısının dərc edilən protokollarına görə, FED səlahiyyətliləri gələcəkdə faizlərin nə vaxt artırılacağı barədə ortaq fikrə gələ bilməyiblər. Yaşanan fikir ayrılığının ən böyük səbəbi aşağı olan inflyasiya rəqəmləri olub.

İclasda, bəzi rəsmilər aşağı qalan inflyasiyaya dair narahatlıqlarını qeyd ediblər. Onlar hesab edirlər ki, aşağı inflyasiyaya görə faizlərin artırılması təxirə salınmalıdır.

Bundan başqa, FED rəsmiləri balansı azaltmaq proqramına yaxın bir zamanda başlamağı planlaşdırdıqlarını dilə gətiriblər.

Əsas mövzular