ABŞ-ı hədələdilər: Ağ Evi silahla ələ keçirəcəyik

© AFP 2023 / JUAN BARRETONikola Maduro Querra
Nikola Maduro Querra - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp ötən həftə sonu verdiyi açıqlamasında, Venesueladakı hadisələrə dair bir neçə planları olduğunu, bu planların içində hərbi müdaxilənin də düşünüldüyünü bildirmişdi

BAKI, 14 avqust — Sputnik. Venesuela prezidenti Nikola Maduronun oğlu Querra, ölkəsini işğalla hədələyən ABŞ-a cavab verib. O, Vaşinqtonu təhdid edərək, "əgər Amerika vətənimizə burnunu soxsa, silahlarımızla Nyu-Yorka gələrək, Ağ Evi ələ keçirəcəyik" deyib.

Sputnik Azərbaycan "CNN"-ə istinadən xəbər verir ki, oğul Maduronun Ağ Evi Nyu-Yorkda zənn etməsi sosial şəbəkələrdə yumoristik paylaşımlara səbəb olub. Qeyd edək ki, Ağ Ev paytaxt Vaşinqtonda yerləşir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən həftə sonu verdiyi açıqlamasında, Venesueladakı hadisələrə dair bir neçə planları olduğunu, bu planların içində hərbi müdaxilənin də düşünüldüyünü bildirmişdi.

Xəbər lenti
0