00:18 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
112 0 0

Onunla birlikdə gedən şəxs xilas edilsə də, jurnalist itkin düşüb

BAKI, 13 avqust — Sputnik. Danimarka polisi əldəqayırma sualtı qayığının konstruktoru Peter Madsenlə birlikdə üzərkən itkin düşmüş isveçli jurnalist Kim Vallın axtarışını davam etdirir. 

Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, sözügedən qayıq həftənin 5-ci günü batıb. Madsen xilas olsa da, jurnalist itkin düşüb. Daha sonra qayığı da tapıb sudan çıxarıblar və Kopenhagenə dartıb aparıblar. 

"Qayıq axtarılıb, amma onun göyərtəsində heç kəs tapılmayıb" — deyə bu gün Kopenhagen polisinin qətl şöbəsinin rəisi Yens Meller jurnalistlərə bildirib. 

Daha əvvəl isə polis bildirmişdi ki, sualtı qayıq məqsədli şəkildə batırılıb və bunda məqsəd qətli ört-basdır etmək olub. 

Madsenlə bağlı ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə cinayət işi açılıb və o, ötən gün nəzarət altına alınıb. Madsen özü isə bu ittihamı rədd edib. Madsenin sözlərinə görə, o, jurnalisti qayıqla gəzintidən və müsahibədən sonra adaların birinə düşürüb. 

Bununla belə, həftənin 4-cü günündən indiyə qədər tanınmış jurnalist Valldan heç bir xəbər yoxdur. Həftənin 5-ci günü onun itkin düşdüyü barədə məlumatı polisə jurnalistin dostu verib. Çünki o, planlaşdırıldığı kimi evə qayıtmayıb.

"Biz hələ də ümid edirik ki, Kim Vallı sağ-salamat tapacağıq. Amma biz özümüzü başqa varianta da hazırlayırıq" — deyə Meller bildirib.

Madsen 2008-ci ildə "Nautilus" sualtı qayığını inşa edib. O zaman "Nautilus" bu qəbildən olan ən böyük qayıq idi.

Əlaqədar

Jurnalist reportaj zamanı çayda boğulub
Məşhur rus jurnalist Ukraynada qətlə yetirildi
Jurnalist vəhşicəsinə döyüldü
Tanınmış jurnalist vəfat etdi
Teqlər:
polis, sualtı qayıq, Danimarka, Kopenhagen, İsveç, Kopenhagen

Əsas mövzular