07:29 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
23710

Facebookun yaradıcısı Minneapolisdə Somalidən olan qaçqınlarla iftar yeməyini bölüşüb

BAKI, 23 iyun — Sputnik. "Facebook"un yaradıcısı Mark Zukerberq ilk dəfə iftara qatılıb. "Report" xəbər verir ki, Zukerberq Minneapolisdə Somalidən olan qaçqınlarla iftar yeməyini bölüşüb.

"Qaçqın kimi, adətən, hansı ölkəyə düşəcəyinizi seçə bilmirsiniz. 26 ilini qaçqınlar üçün düşərgədə keçirən bir nəfərdən ABŞ-da özünü evdəki kimi hiss edib-etmədiyini soruşanda mənə çox sadə, amma dərin mənalı cavab vermişdi: "Ev istədiyinizi sərbəst şəkildə edə bildiyiniz yerdir". Dünyada onun istədiyi kimi yaşamasının, rahat olmasının mümkün olduğu çox az yer var" — Zukerberq "Facebook" səhifəsində yazıb.

O, iftar süfrəsi təşkil edən somalili qaçqınlara qonaqpərvərliyə görə təşəkkürünü bildirib: "Sizin gücünüzə və yad bir yerdə yeni həyat qurmaqda göstərdiyiniz qətiyyətə heyranam. Siz bu ölkənin nəyə görə belə möhtəşəm olduğunu bir daha xatırladırsınız".

Əlaqədar

Prezident İlham Əliyev iftar mərasimində iştirak edib
Ramazan ayının 12-ci gününün duası, imsak və iftar vaxtı ilə tanış olun
Azərbaycan prezidenti iftar mərasimində iştirak edib
Türkiyə səfirliyi Bakıda iftar süfrəsi açdı
Teqlər:
qaçqınlar, İftar yeməyi, Mark Zukerberq, Minneapolis, Somali

Əsas mövzular