17:27 23 Oktyabr 2017
Canlı yayım
F-35 qırıcı təyyarəsi

Türkiyə ilə ABŞ arasında nəhəng anlaşma

© AFP / JACK GUEZ
DÜNYA
Qısa URL
142511

Satışın ümumi məbləği 37 milyard ABŞ dolları olacaq

BAKI, 19 iyun — Sputnik. Silah istehsalı ilə məşğul olan ABŞ-ın "Lockheed Martin" şirkəti, aralarında Türkiyənin də olduğu 11 ölkəyə, ümumilikdə 440 ədəd "F-35" qırıcı təyyarəsinin satışının son mərhələsinə gəlib. Sputnik Azərbaycan haberler-ə istinadla xəbər verir ki, satışın ümumi məbləği 37 milyard ABŞ dolları olacaq.

Mənbələr bunun "F-35" qırıcı təyyarəsi üzrə ən böyük razılaşma olduğunu vurğulayır. 2006-ci ildən bəri istehsalı başlayan gözəgörünməz təyyarələr, yenilənmiş son halı ilə bu həftə Paris Aviasiya Sərgisində nümayiş etdiriləcək. 440 ədəd qırıcı təyyarənin üç mərhələdə təhvil veriləcəyi bildirilir.

Ötən həftə "F-35" almaq istəyən 11 ölkənin rəsmiləri ABŞ-ın Meriland əyalətindəki Baltimor şəhərində bir araya gəlmişdilər. Aralarında Türkiyənin də nümayəndəsinin olduğu ölkələrin sırasına Avstraliya, Danimarka, İsrail, İtaliya, Yaponiya, Hollandiya, Cənubi Koreya, Böyük Britaniya və ABŞ-ın özü daxildir.

İlk çatdırılmanın 2020-ci ilə planlaşdırıldığı danışıqlara görə, hər "F-35" qırıcı təyyarəsi üçün ilk 88 milyon dollar ödəniləcək. Beləliklə, bu, "F-35" təyyarələri üçün tarixin ən ucuz razılaşması olacaq.

Qeyd edək ki, "F-35" beşinci nəsil döyüş təyyarəsi olaraq bilinir.

Teqlər:
"F-35" qırıcı təyyarəsi, "Lockheed Martin" şirkəti, ölkə, Türkiyə, ABŞ, silah

Əsas mövzular