03:46 25 Fevral 2018
Canlı yayım
Полиция Великобритании, фото из архива

Britaniyada daha bir fövqəladə hadisə: insanlar girov götürüldü

© AFP 2018 / Odd ANDERSEN
DÜNYA
Qısa URL
820 0 0

Girovların hamısı yerli məşğulluq idarələrindən birinin əməkdaşlarıdır. Hadisə yerinə çoxsaylı polis əməkdaşları cəlb edilib.

BAKI, 9 iyun — Sputnik. Böyük Britaniyanın şimal-şərqindəki Nyukasl şəhərində bıçaqla silahlanmış şəxs bir neçə nəfəri girov götürüb. Sputnik Azərbaycan bu barədə The İndependent-ə istinadən məlumat verir.

Qəzet qeyd edir ki, girovların hamısı yerli məşğulluq idarələrindən birinin əməkdaşlarıdır. Hadisə yerinə çoxsaylı polis əməkdaşları cəlb edilib.

İşədüzəltmə bürosunun yerləşdiyi rayon tam nəzarətə götürülüb, yaxınlıqdakı metro stansiyası bağlanıb. Tələbələr hadisə yerinə yaxın ərazidə yerləşən yerli universitet yataqxanasından evakuasiya edilir.

Polis xəbər verir ki, cinayətkar yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 10:00) binaya girib. Bundan sonra baş verənlər dəqiq məlum deyil. Ofisin bəzi əməkdaşları binanı tərk edə biliblər. Girovların sayı dəqiqləşdirilir.

Əlaqədar

Türk gəmisinə basqın edilib, 4 nəfər girov götürülüb
Təyyarədə girov götürülən sərnişinlər buraxılıb
Moskvada erməni əsilli şəxs bankda müştəriləri girov götürüb
Britaniyada ikinci həyacan siqnalı verildi
Britaniyanı silkələyən dəhşətli terror aktının ilk görüntüləri yayıldı
Teqlər:
Nyukasl, girovlar, cinayətkar, Böyük Britaniya, polis

Əsas mövzular