Donald Tramp heç kəsin bilmədiyi sirri açıqladı

© AFP 2023 / MANDEL NGAN ABŞ prezidenti Donald Trump
ABŞ prezidenti Donald Trump - Sputnik Azərbaycan
Abunə olmaq
İki lider Şimali Koreya rəhbəri Kim Çen Inın nüvə ambisiyalarını müzakirə ediblər

BAKI, 25 may — Sputnik. "Şimali Koreya sahillərində iki ədəd nüvə başlıqlı sualtı qayığımız var". Sputnik Azərbaycan "İndependent"-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp filippinli həmkarı Rodriqo Duterte ilə telefonda danışarkən deyib.

İki lider Şimali Koreya rəhbəri Kim Çen Inın nüvə ambisiyalarını müzakirə ediblər. Çinin Şimali Koreya liderinin qarşısının alınmasında öz rolunu oynayacağından danışan Tramp Duterteyə deyib: "Bizim orada lazımi qədər qüvvəmiz var. İki ədəd çox güclü sualtı qayıqlarımız oradadır, çalışırıq ki, onlardan istifadə etməyək".

Xəbər lenti
0