01:28 16 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
DÜNYA
Qısa URL
375

Avropa reytinqinə Almaniya başçılıq edir

BAKI, 19 may — Sputnik. Avropada ötən ay ən çox avtomobil satılan ölkələrin reytinqi açıqlanıb. Avtomobil bazarının aprel ayı üçün tərtib olunmuş reytinq cədvəlində Rusiya 5-ci yeri tutub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu reytinqi "Avtostat" analitik agentliyi, avtomobil istehsalçılarının milli assosiasiyalarının göstəricilərini təhlil edəndən sonra açıqlayıb. Avropa reytinqinə Almaniya başçılıq edir. Ötən ay bu ölkədə 290 min avtomobil (ötən ilin göstəricisindən 8,4% çox) satılıb.

İkinci yeri, 171 min avtomobil satışı ilə Fransa tutur. Fransa ötən ilin analoji dövrü ilə müqayisədə 6% geriləyib. İtaliya da 4,6% geriləmə ilə ötən ay 160 min maşın sataraq reytinqdə üçüncü yeri tutub. Britaniyada maşın satışı analoji dövrlə müqayisədə 19% geriləsə də, 152 min satışla reytinq cədvəlində 4-cü yerdə qərarlaşıb.

Rusiya bir ayda 119 min avtomobil satıb. Bu hesaba yüngül kommersiya avtomobilləri aid deyil. Həmin göstərici 6,9% irəliləmə ilə müsbət hesab olunub.

Aprel ayının yekunlarına görə, Rusiya bazarında ən populyar avtomobil "Lada" olub. Bu dəfə "Lada" ötən ilin satışlarına 7% əlavə edərək 26,4 min maşın satıb.

Rusiya bazarında satılan maşınlar arasında ikinci yeri, 16 min ədədlə "KIA" tutur. Bu maşınların satışı 32% yüksəlib. İlk üçlüyü, 12% artımla "Hyundai" tamamlayır. Rusiya bazarlarında ötən ay 13 650 ədəd "Hyundai" satılıb.

Əlaqədar

Minik avtomobilləri toqquşdu, ölənlər var
Avtomobil sahibləri üçün vacib məlumat
ATƏT-in avtomobili cəbhə bölgəsində minaya düşdü, 1 nəfər öldü
Su qiymətinə avtomobil satılır
Teqlər:
aprel ayı, reytinq, İtaliya, Britaniya, Fransa, Rusiya, Avropa, Almaniya, avtomobil

Əsas mövzular