16:09 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
Sakit okeandakı Henderson adasındakı zibillik

Dünyanın ən çirkli məkanı

© AP Photo / Jennifer Lavers
DÜNYA
Qısa URL
15310

Yeni Zelandiya və Latın Amerikasının arasında yerləşən Henderson adasında hər kvadrat metrə düşən zibilin miqdarı dünyanın digər yerlərindən çoxdur

BAKI, 17 may — Sputnik. Sakit okeandakı kiçik kimsəsiz Henderson adası dünyanın ən çirkli yeri olaraq qəbul edilib. Bu barədə ABŞ Milli Elmlər Akademiyasının dərc etdiyi hesabatda deyilir.

Sputnik Azərbaycan məlumat verir ki, Tasmaniya Universiteti və Böyük Britaniyanın Kral Quşları Müdafiə Cəmiyyəti ilə birgə hazırlanmış sənədə əsasən, Yeni Zelandiya və Latın Amerikasının arasında yerləşən Henderson adasında hər kvadrat metrə düşən zibilin miqdarı dünyanın digər yerlərindən çoxdur. Mütəxəssislərin fikrincə, burada hər kvadrat metrdə 671 çirklənmiş obyekt var.

Adanın sahəsi 4,3 hektardır. Tədqiqatçıların sözlərinə görə, adada təxminən 37,7 milyon ədəd çirkli əşya var. Zibilin ümumi kütləsi 17,6 ton təşkil edir. Hər gün orta hesabla bu adada 27 çirkli əşya artır. Hesabat müəlliflərinin sözlərinə görə, belə vəziyyətin səbəbkarı ötən əsrin ikinci yarısında plastik istehsalının kəskin artmasıdır. 

Əlaqədar

"Ən çox sevdiyim növdə çempion oldum"
Sabah Donald Trampın ən ağır günü olacaq
Azərbaycanda ən populyar turistik istiqamətlər hansıdır?
Azərbaycandakı bu kurort rus turistlər arasında ən populyarıdır
Teqlər:
ən çirkli məkan, Tasmaniya universiteti, Henderson adası, Latın Amerikası, Sakit Okean, Yeni Zelandiya, Böyük Britaniya, ABŞ

Əsas mövzular