11:50 19 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
43610

Türkiyə prezidenti ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb

BAKI, 16 may — Sputnik. ABŞ lideri Donald Tramp PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə ölkəsinin Türkiyəni dəstəklədiyini bildirib.

Sputnik-in verdiyi xəbərə görə, bunu Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vaşinqtonda keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bəyan edib.

“Bu gün biz yeni düşmənlə üzləşmişik və birlikdə onunla mübarizə aparmalıyıq. Son vaxtlar bir çox terror hücumları ilə üzləşmişik. Biz birlikdəyik və Türkiyə xalqına dəstəyimizi təklif edirik. Biz terrorla mübarizədə öndə gedən, İŞİD və PKK kimi terror qruplaşmaları ilə mübarizə aparan Türkiyəni dəstəkləyirik” — Tramp bildirib.

Öz növbəsində Türkiyə prezidenti ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

Ərdoğan Ankaranın Vaşinqtonla əlaqələri daha da genişləndirmək niyyətində olduğunu bildirib.

Əlaqədar

Silah, qan və FETÖ düyünü...
ABŞ-Türkiyə ittifaqına bu gün nöqtə qoyula bilər
Ya düşmənçilik, ya dostluq, ABŞ üçün başqa alternativ qalmayıb
Teqlər:
Prezidentlərin görüşü, PKK, Donald Tramp, Rəcəb Tayyib Ərdoğan, Ankara, Yaxın Şərq, Türkiyə, Vaşinqton, ABŞ

Əsas mövzular