05:59 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
164 0 0

Zəlzələnin episentri İranın Bocnurd şəhərindən 42 km şimalda, yerin səthindən 12,4 km dərinlikdə qeydə alınıb

BAKI, 14 may — Sputnik. İran-Türkmənistan sərhədi yaxınlığında mayın 14-nə keçən gecə baş verən güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 225 nəfər xəsarət alıb.  

APA-nın verdiyi xəbərə görə, yeraltı təkanlar nəticəsində elektrik enerjisi, su və qazın verilişində problemlər yaranıb, rabitə əlaqəsi pozulub. Hadisə yerində həkim və xilasedici briqadalar çalışırlar.    

Qeyd edək ki, ötən axşam İran-Türkmənistan sərhədi yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla 22.31-də (Bakı vaxtı ilə 22.01-də) qeydə alınıb.

Zəlzələnin episentri İranın Bocnurd şəhərindən 42 km şimalda, yerin səthindən 12,4 km dərinlikdə qeydə alınıb. Təkanlar nəticəsində Şimali Xorasan əyalətinin inzibati mərkəzi  olan Bocnurd şəhərində bir neçə bina uçub. Bölgənin bir neçə yaşayış məntəqəsində də evlərin uçduğu bildirilir. 

Əsas mövzular