20:03 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Mövlud Çavuşoğlu

Türkiyədən ABŞ-a sərt reaksiya

© REUTERS / Umit Bektas
DÜNYA
Qısa URL
115 0 0

Mövlud Çavuşoğlu: "Trampın imzaladığı fərman qəbuledilməzdir"

BAKI, 10 may — Sputnik. “PYD/YPG-nin əlinə keçən hər silah Türkiyəyə yönələn bir təhdiddir”. Sputnik Azərbaycan Türkiyə NTV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib. ABŞ prezidenti Donald Trampın, PKK-nın Suriya qolu olan PYD-yə ağır silahlar verilməsini nəzərdə tutan fərmanı imzalamasını şərh edən Çavuşoğlu, bunun qəbuledilməz olduğunu deyib.

“YPG və PKK hər ikisi terror qruplaşmasıdır. Bunların bir-birindən heç bir fərqi yoxdur. Sadəcə adları fərqlidir. Bunların əlinə keçən hər silah Türkiyənin təhdid edilməsidir. Əvvəllər də YPG-yə verilən silahların Türkiyədə PKK-nın əlində tutulduğunu ictimaiyyətə bildirmişdik” — Mövlud Çavuşoğlu vurğulayıb.

 

Əsas mövzular