BAKI, 4 may — Sputnik. Böyük Britaniya və Şimali İrlandiyanın kral ailəsinin üzvləri Bukingem sarayında təcili iclasa çağırılıblar. Sputnik Azərbaycan bu barədə "Bloomberg"-ə istinadən xəbər verir.
Saray nümayəndəsi təcili iclas barədə təşəbbüsün kraliça II Yelizavetadan gəldiyini bildirib.
"Amma narahat olmaq üçün heç bir səbəb yoxdur" — o əlavə edib.
Şərhçilər bu iclasın kraliça II Yelizavetanın səhhətinin pisləşməsi ilə əlaqədar ola biləcəyini düşünürlər.