09:05 16 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9817
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Hindistan prezidentindən görün nə istədi

© Sputnik / Sergey Guneyev
DÜNYA
Qısa URL
37800

Ərdoğan: "Türkiyə terrorla mübarizədə Hindistanla tam bir əməkdaşlıq içindədir"

BAKI, 1 may — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hindistan səfəri davam edir. O, bu ölkənin baş naziri Narendra Modi ilə birgə mətbuat konfransı keçirib. Sputnik Azərbaycan Türkiyə NTV-nə istinadən xəbər verir ki, Ərdoğan hindistanlı həmkarından Fətullah Gülən şəbəkəsini tamamilə ölkəsindən çıxarmasını istəyib.

"Bir həftə öncə Hindistanda baş vermiş mənfur terror hücumunu lənətləyirəm. Hadisədə zərər çəkənlərə başsağlığı diləyirəm. Türkiyə terrorla mübarizədə Hindistanla tam bir əməkdaşlıq içindədir. Mən hindli həmkarıma FETÖ haqqında da ətraflı məlumat verdim. Bu qaranlıq təşkilat dünyanın ən təhlükəli qurumlarındandır. FETÖ ilə 15 iyuldan bu yana güzəştə getmədən mübarizə aparırıq. Dostlarımıza bu təşkilat haqqında məlumat verib onları xəbərdar edirik. Dost Hindistanın FETÖ-nü tamamilə ölkəsindən çıxaracağına ümid edirəm" — Ərdoğan qeyd edib.

Əlaqədar

Dolların sabaha olan məzənnəsi açıqlandı

Əsas mövzular