20:32 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
DÜNYA
Qısa URL
59 0 0

Stoltenberq: “Şübhəsiz ki, NATO Türkiyəsiz zəif olacaq. Türkiyə bir çox səbəblərə görə NATO-nun mühüm müttəfiqidir”.

BAKI, 30 aprel — Sputnik. Türkiyə NATO-nun mühüm iştirakçısıdır. APA-nın verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın "Welt am Sonntag" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ankara NATO-nun Əfqanıstan, Kosovo və digər ölkələrdəki missiyalarına mühüm töhfə verir.  

“Şübhəsiz ki, NATO Türkiyəsiz zəif olacaq. Türkiyə bir çox səbəblərə görə NATO-nun mühüm müttəfiqidir” — deyə  NATO-nun baş katibi qeyd edib.

O bildirib ki, bu, əsasən Türkiyənin coğrafi yerləşməsi və hərbi potensialı ilə əlaqədardır. Bu, İŞİD-lə mübarizədə böyük əhəmiyyət  kəsb edir. 

Начальник Генерального штаба ВС РФ генерал армии Валерий Герасимов, фото из архива
© Sputnik / Sergey Guneyev

“Türkiyə toqquşmaların və qarşıdurmanın davam etdiyi İraq və Suriya ilə həmsərhəddir. Bundan başqa, onun NATO üçün strateji olan Qara Dəniz regionu ilə sərhədi var. Bu, Rusiya ilə münasibətlər üçün  böyük əhəmiyyət  kəsb edir” — deyə Yens Stoltenberq vurğulayıb.

Baş katib qeyd edib ki, Türkiyə Avropa və NATO-nun təhlükəsizliyi üçün əsas ölkələrdən biridir.  

NATO-nun baş katibi Türkiyənin siyasətini tənqid edən qərb ölkələrini qarşılıqlı hörmət nümayiş etdirməyə, sakitliyi qorumağa və müttəfiqə düşünülmüş münasibət göstərməyə çağırıb.  

Əsas mövzular