23:56 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
22 0 0

Vali: "Dilənçiliklə tək suriyalı qaçqınlar məşğul olmur. İçərilərində özümüzünkülər də var".

BAKI, 28 aprel — Sputnik. İstanbul valisi Vasip Şahin, şəhərdə nə qədər suriyalı yaşadığını açıqlayıb. Sputnik Türkiyə xəbər verir ki, vali İstanbulda suriyalı sayının 600 min olduğunu bildirib.

"İstanbulda bu ana qədər qeydiyyata düşən suriyalı sayı 550 min nəfərə yaxındır. Əgər qeydiyyata düşməyənləri nəzərə alsaq, yəqin ki, bu rəqəm 600 min olar" — vali deyib.

Şəhərdə dilənçiliklə daha çox suriyalıların məşğul olduğu barədə sualı da cavablandıran V.Şahin qeyd edib ki, İstanbulda bu işlə məşğul olanların sayı 10 mini keçmir: "Etiraf etməliyik ki, dilənçiliklə tək suriyalı qaçqınlar məşğul olmur. İçərilərində özümüzünkülər də var. Dilənən ailələri düşərgələrə göndəririk. 50 min suriyalı uşağın adını məktəbə yazdırmışıq. 64 təhsil mərkəzində və məktəblərimizdə bu uşaqlara təhsil veririk".

Əlaqədar

ABŞ 271 suriyalı elm adamını hədəf seçdi
“Suriyalı müxaliflərin vurduğu təyyarə bizə aid deyil”
"Türk əsgəri Suriyada şəhid olur, suriyalı da Türkiyədə qadınlara sataşır"
Suriyalı uşaqlarla bağlı gözyaşardıcı video yayıldı
Teqlər:
dilənçilər, suriyalılar, vali, düşərgə, Vasip Şahin, İstanbul

Əsas mövzular