Hava limanı yaxınlığında partlayış baş verib

© Photo : YouTube/solate4workSuriyanın paytaxtı Dəməşqdəki beynəlxalq aerodromun yaxınlığında partlayış
Suriyanın paytaxtı Dəməşqdəki beynəlxalq aerodromun yaxınlığında partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Partlayışın səbəbi tam olaraq bilinməsə də, ərazidən keçən boru kəmərlərinin hədəf seçilə biləcəyi istisna deyil

BAKI, 27 aprel — Sputnik. Suriyanın paytaxtı Dəməşqdəki beynəlxalq aerodromun yaxınlığında ard-arda bir neçə partlayış olub. Sputnik xəbər verir ki, partlayış sonrası geniş ərazidə böyük yanğın meydana gəlib.

Hadisə şahidlərinin çəkdikləri videoda iri yanacaq anbarının alovlandığı görünür. Partlayışın səbəbi tam olaraq bilinməsə də, ərazidən keçən boru kəmərlərinin hədəf seçilə biləcəyi qeyd olunub. Hökumətdən verilən açıqlamada, İsrail qırıcılarının boru xətlərini vurma ehtimalı dilə gətirilib.

Xəbər lenti
0