22:01 19 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1701

Sputnik.Rəy-in keçirdiyi sorğunun nəticələrinə əsasən, fransızların (64%) və almanların (72%) yarıdan çoxu hesab edir ki, Donald Tramp ABŞ prezidenti seçildikdən sonra dünya daha təhlükəli məkana çevrilib

BAKI, 11 apr – Sputnik. Trampın gəlişi ilə Azərbaycan üçün kardinal olaraq heç nə dəyişməyib, dünya isə daha təhlükəli və ya daha təhlükəsiz bir məkana çevrilməyib. Politoloq İlqar Vəlizadə ABŞ-ın yeni prezidentinin fəaliyyətinin Azərbaycana təsirlərini Sputnik Azərbaycan-a şərh edərkən bu fikirləri işlədib.

Sputnik.Rəy-in keçirdiyi sorğunun nəticələrinə əsasən, fransızların (64%) və almanların (72%) yarıdan çoxu hesab edir ki, Donald Tramp ABŞ prezidenti seçildikdən sonra dünya daha təhlükəli məkana çevrilib. 

Vəlizadənin sözlərinə görə, Tramp ABŞ prezidenti kimi təbii ki, çox vacib qərarların qəbul edilməsinə təsir göstərir, lakin Birləşmiş Ştatların xarici siyasət strategiyasını o müəyyən etmir və belə bir hal Obama, Klinton və digərlərinin dövründə də olub.

"Burada söhbət öz fəaliyyətlərində prezidentdən asılı olmayan və ya prezidentin onlara təsirinin göründüyü qədər güclü olmadığı daha ciddi institutlardan gedir" — politoloq bildirib.

Vəlizadə qeyd edib ki, Trampın gəlişi ilə Azərbaycan üçün kardinal olaraq heç nə dəyişməyib, dünya isə daha təhlükəli və ya daha təhlükəsiz bir məkana çevrilməyib. 

Bundan əlavə, onun fikrincə, bu gün Tramp siyasətçi kimi Azərbaycanın xarici siyasətinə o qədər də təsir etmir ki, bu siyasətdə dəyişikliklərdən danışmaq mümkün olsun. 

"Prinsip etibarilə indi o Azərbaycanın hayında deyil" — Vəlizadə hesab edir. 

Donald Tramp
© AP Photo / Andrew Harnik

Politoloq qeyd edib ki, ABŞ hökumətinin siyasətinin ümumi cizgiləri prezidetnin dövlət başçısı olaraq ilk 100 günündən sonra bilinir. Ondan sonra prezidentın edəcəyi xüsusi çıxışda aparılacaq siyasətin hansı istiqamətə yönələcəyi bilinəcək. Yalnız bundan sonra dünyanın dəyişib-dəyişməyəcəyindən danışmaq olar. 

Vəlizadənin fikrincə, Trampın gəlişindən sonra Azərbaycan üçün təhlükəsizlik dərəcəsi məsələsində dəyşiklik olmayıb.

Əlaqədar

Şimali Koreyanı "əzmək" planı Trampa təqdim olundu
Tramp bu fotonu görüncə özündən çıxdı: "Vurun!"
Trampdan Əsədlə bağlı sərt qərar
Trampın kürəkəni ilk rəsmi səfərini bu ölkəyə etdi
Teqlər:
Trampın prezident seçilməsinin Azərbaycana təsiri, Donald Tramp, İlqar Vəlizadə, Barak Obama, ABŞ, Azərbaycan

Əsas mövzular