Avropanın bir hissəsi bu vaxtadək su altında qalacaq

© Sputnik / Irina Kalashnikova / Mediabanka keçidParisdə daşqın
Parisdə daşqın - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislərin qənaətincə, istiləşmə nəticəsində daşqınlar hər il baş verə bilər

BAKI, 27 mart — Sputnik. Bu yüzilliyin sonunadək 5 milyon avropalının evindən məhrumolma təhlükəsi var və onların evləri su altında qala bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Komissiyası Araşdırmalar Mərkəzi Birliyinin mütəxəssisləri bildiriblər.

Onlar xəbərdarlıq ediblər ki, qlobal istiləşmə nəticəsində Şimal və Baltik dənizlərinin səviyyəsi təhlükəli həddi aşacaq və Avropanın sahilyanı dövlətləri su altında qalacaq: "İstiləşmə nəticəsində daşqınlar hər il baş verə bilər". 

Ümumiyyətlə, 2016-cı ildə Sena, Dunay, Reyn və Nekkara çaylarının səviyyəsi normadan atıq olub və həmin çayların sahillərini su basıb. Təbii fəlakət zamanı Fransanın şimal rayonlarından bir neçə min sakini təxliyyə edilib. 

Xəbər lenti
0