15:46 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
61901

Sözügedən plakatla bağlı bu ana qədər hər hansı bir həbs əməliyyatı həyata keçirilməyib

BAKI, 27 mart – Sputnik. İsveçrənin Bern-Mitteland bölgə prokurorluğu PKK terror təşkilatının tərəfdarları tərəfindən açılan və prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan qalmaqallı plakatla bağlı istintaq işi başladıb. Sputnik Azərbaycan bu barədə TRT-yə istinadən xəbər verir. 

Paytaxt Berndə təhlükəsizlik işləri üzrə müdir Reto Nause istintaqın terrorçuların mitinqin icazə şərtlərinə əməl etməməsi səbəbindən başlanıldığını bildirib.

Lakin sözügedən plakatla bağlı bu ana qədər hər hansı bir həbs əməliyyatı həyata keçirilməyib.

Xatırladaq ki, PKK tərəfdarlarının plakatında “Ərdoğanı öldür” şüarı yazılmışdı. 

Şənbə günü keçirilən icazəli mitinqi İsveçrə Sosialist Partiyası və Yaşıllar Partiyası dəstəkləmişdi.

Əlaqədar

Referendum hazırlığından narazı qalan Ərdoğandan qəti təlimat
Ərdoğandan Avropaya sərt xəbərdarlıq: "Küçəyə addım ata bilməyəcəksiniz"
Putinlə Ərdoğan arasında böyük anlaşma
Fransua Olland İlham Əliyevə Ərdoğan haqda nə dedi?
Teqlər:
Yaşıllar Partiyası, İsveçrə Sosialist Partiyası, PKK terror təşkilatı, Reto Nause, Rəcəb Tayyib Ərdoğan, Bern, Bern-Mitteland bölgəsi, İsveçrə

Əsas mövzular