Donald Tramp ABŞ-ın qapılarını bütün dünyanın üzünə bağlayır

© REUTERS / Carlos BarriaABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidentinin bu qərarı, sadəcə müsəlmanları qəzəbləndirməyəcək

BAKI, 6 mart — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp miqrantlarla bağlı yeni fərman imzalayacaq. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, fərmana əsasən, bütün ölkələrdən olan qaçqınların ABŞ-da yerləşdirilməsinə müvəqqəti qadağa qoyulacaq. Qadağanın hansı müddətə qədər davam edəcəyi məlum deyil.

Xatırladaq ki, əvvəlki fərman, sadəcə müsəlman ölkələrdən gələn miqrantlara şamil olunmuşdu və ABŞ-da qaçqınların yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tuturdu.

Xəbər lenti
0