Pişik parlamentin qərarına mane oldu

© pixabay / lucianaerisPişik, arxiv şəkli
Pişik, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İndi parlamnet rəsmiləri bu problemin həlli üçün araşdırma aparmağa başlayıblar

BAKI, 4 mart — Sputnik. Parlament binasının genişləndirilməsinə pişik mane olub. Publika.az xəbər verir ki, hadisə Mərakeşdə yaşınıb. Belə ki, Mərakeş parlamentinin Məşvərət heyəti binasınının genişlənmə layihəsinin bir "varis" pişiyə görə dayandırıldığı bildirilir.

Parlament yanındakı binanın köhnə binaya birləşdirilməsi üçün onun alınması barədə qərar qəbul edilib. Lakin qərarın icrası zamanı bəlli olub ki, həmin binanın sahibi bir pişikdir. Avropa əsilli bir qadın ölməzdən əvvəl binanı pişiyinə miras qoyub. İndi parlamnet rəsmiləri bu problemin həlli üçün araşdırma aparmağa başlayıblar.

Xəbər lenti
0