07:33 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
18701

Berat Albayrak: "Türkiyənin müasir mədəniyyətlər səviyyəsinə çatma hədəfinə yardım edəcək Akkuyu Nüvə Stansiyasını, inşallah, 2023-cü ildə xidmətə açmağı planlaşdırırıq"

BAKI, 4 fev – Sputnik. “Akkuyu Nüvə Stansiyasını, inşallah, 2023-cü ildə xidmətə açmağı planlayırıq”. Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak özünün rəsmi “Twitter” hesabında yazıb. 

Albayrak, ölkəsinin 60 illik nüvə arzusunun ilk konkret nəticəsi olan Akkuyu Atom Elektrik Stansiyasının inşaat işlərilə bağlı deyib: "Türkiyənin müasir mədəniyyətlər səviyyəsinə çatma hədəfinə yardım edəcək Akkuyu Atom Elektrik Stansiyasını, inşallah, 2023-cü ildə xidmətə açmağı planlaşdırırıq. Bu stansiya strateji əhəmiyyətlidir. Akkuyu 3d texnologiyası sahəsində ən qabaqcıl və təhlükəsiz standartlara malik olacaq. Respublika tariximizin ən böyük sərmayəsi olacaq Akkuyu Atom Elektrik Stansiyası təkcə Türkiyənin elektrik istehsal həcmini deyil, tibbdən sənayeyə, kosmos texnologiyasından əkinçiliyə qədər çox geniş sahəni əhatə edəcək".

Teqlər:
Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri, Akkuyu Atom Elektrik Stansiyası, Berat Albayrak, Türkiyə

Əsas mövzular