00:54 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
22 0 0

Sabiq nazir İsrail dövlət radiosuna verdiyi açıqlamada, qərarın şəxsi səbəblərdən qaynaqlandığını desə də, Belçikada nəşr edilən “Le Soir” qəzeti tamamilə fərqli bir iddia ortaya atıb

BAKI, 24 yan – Sputnik. İsrailin keçmiş xarici işlər naziri Tzipi Livni Belçikanın paytaxtı Brüsseldə keçiriləcək “Anti-semitizm” mövzulu konfransa getməkdən imtina edib. 

Sabiq nazir İsrail dövlət radiosuna verdiyi açıqlamada, qərarın şəxsi səbəblərdən qaynaqlandığını desə də, Belçika mətbuatı tamamilə fərqli bir iddia ortaya atıb. Sputnik Azərbaycan bu haqda “İndependent”-ə istinadən məlumat verir. 

Qəzetin məlumatına görə, Tzipi Livni 2008-ci ildə xarici işlər naziri olduğu dövrdə, İsrail ordusunun Qəzzada törətdiyi qətliamı haqlı saydığı üçün Belçika məhkəməsi tərəfindən müharibə cinayəti işləməkdə təqsirli bilinib. Yəni, sabiq yəhudi nazir bu ölkəyə ayaq basacağı təqdirdə dərhal həbs ediləcək. Mətbuat məhz bu məsələyə görə Tzipi Livninin Brüsselə getməyə qorxduğunu yazıb.

Əsas mövzular