01:28 17 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Robot Sao Nan

Robot-jurnalist ilk məqaləsini yazdı

© Photo : kremlinpress.com
DÜNYA
Qısa URL
400 0 0

Onu yazmaq üçün robot Sao Nan cəmi 1 saniyə vaxt sərf edib

BAKI, 20 yan — Sputnik. Çinli robot-jurnalist özünün ilk məqaləsini 1 saniyəyə yazıb. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, çinli robot-jurnalistin ilk məqaləsi 300 heroqlifdən ibarətdir.

Robot
© Sputnik / Murad Orujov

Onu yazmaq üçün robot Sao Nan cəmi 1 saniyə vaxt sərf edib. Robotun yazdığı məqalədə Çin Yeni ili — Çuntsze (Chunjie) ərəfəsindəki səfərdən bəhs edilir.

Sao Nan robotu Pekin universitetində düzəldilib. Onun hazırlanması ilə bağlı layihəyə professor Van Syaotszyun rəhbərlik edib. Alim deyib ki, robot-jurnalist təkcə qısa məqalələr deyil, iri həcmli yazılar da yazmaq qabiliyyətinə malikdir.

Layihə müəlliflərinin sözlərinə görə, robot-jurnalist onun ixtiyarında olan rəqəmləri analiz etmək qüdrətindədir. Məlumatların analizi və məqalənin yazılması üçün robota ştatlı müxbirdən daha az vaxt lazım gəlir.

Professor Van Syaotszyun onu da bildirib ki, bu robot hələlik jurnalistləri əvəz etmək qüdrətində deyil. Çünki onun müsahibələr zamanı əlavə suallar vermək qabiliyyəti yoxdur.

Həmçinin robot xəbərləri seçə bilmir. Buna görə də onun canlı jurnalisti əvəz etməsi hələ tezdir. Alimlər öz layihələrini inkişaf etdirəcəkləri və robotun jurnalistika bacarıqlarını təkmilləşdirəcəkləri barədə bir söz deməyiblər.

Əlaqədar

Şirkət əməkdaşlarını robotla əvəz edəcək
Bu robot canlı orqanizmlərlə qidalanır
Bu ölkə robot-polis sisteminə keçir
Bu robot milyonlarla uşağı xilas edəcək
İş yerlərinə robot agentlər yerləşdiriləcək
Bu robot bəşəriyyəti məhv edəcək
Teqlər:
saniyə, Sao Nan, yazı, məqalə, alim, robot, Çin, jurnalist

Əsas mövzular