20:34 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
İstanbul

Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb

Anton Denisov
DÜNYA
Qısa URL
İstanbulda gecə klubunda terror aktı (14)
42 0 0

İstanbuldakı terror aktı nəticəsində həlak olan 39 nəfərdən 21-nin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 15-i xarici ölkə vətəndaşlarıdır.

BAKI, 1 yan — Sputnik. Yanvarın 1-də İstanbulda “Reina” gecə klubunda törədilən terror aktı ilə əlaqədar Azərbaycanın baş konsulluğunda “qaynar xətt” yaradılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yaralılar arasında Azərbaycanın iki vətəndaşı olub.

Onlardan biri artıq evə buraxılıb.

Xatırladaq ki, terror aktı nəticəsində həlak olan 39 nəfərdən 21-nin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 15-i xarici ölkə vətəndaşlarıdır. Xəsarət alan 69 nəfərdən dördünün vəziyyəti ağırdır.

Mövzu:
İstanbulda gecə klubunda terror aktı (14)

Əsas mövzular